Baydendən Novruz təbriki

Baydendən Novruz təbriki

Hazırda oxunan: Baydendən Novruz təbriki

65491

ABŞ Prezidenti Cozef Bayden Novruz bayramını qeyd edən xalqları təbrik edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyindən bildirilib. 

Qeyd edilib ki, ABŞ-da Novruz tədbirinə qatılan dövlət katibi Entoni Blinken çıxışı zamanı ABŞ Prezidenti Cozef Bayden və Amerika xalqının adından bütün dünyada Novruz bayramını qeyd edən xalqları təbrik edib, baharı qeyd etmək üçün gözəl fürsət olan Novruzun keçmişi işıqlandırmaqla yanaşı, yeni fəsil və imkanlar üçün insanlara yeni nəfəs gətirdiyini qeyd edib. 

O, yeni fəslin gəlişi ilə dünyadakı bütün böyük və kiçik çətinliklərin aradan qalxacağına, yeni ilin sağlamlıq və sülhlə yadda qalacağına ümidini ifadə edib. 

Qeyd edək ki, ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkiyə və Türkmənistan, səfirliklərinin birgə təşkilatçılığı, Meridian Beynəlxalq Mərkəzi (Meridian International Center) və Mərkəzi Asiya Məsələləri üzrə Oksus Cəmiyyətinin (Oxus Society) moderatorluğu ilə Novruz bayramına həsr edilmiş onlayn tədbir keçirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO