"Barselona" "Milan"ın yarımmüdafiəçisi ilə razılığa gəldi

Hazırda oxunan: "Barselona" "Milan"ın yarımmüdafiəçisi ilə razılığa gəldi

64958

"Barselona" "Milan"ın yarımmüdafiəçisi Frank Kessyeni heyətinə qatmağa hazırlaşır.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı "Diario Sport" nəşri yayıb.

Mənbə Kataloniya klubunun Fil Dişi Sahilindən olan oyunçu ilə bazar ertəsi razılığa gəldiyini açıqlayıb.

Sözügedən futbolçunun "Milan"la olan müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacağından o, Kataloniya təmsilçisinə azad agent statusu ilə qoşulacaq.

25 yaşlı Kessye "Milan"a 2019-cu ildə "Atalanta"dan transfer olunub. Bu keçidə görə "qırmızı-qaralar" Berqamo klubuna 24 milyon avro ödəyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO