İlham Əliyev gürcü nazirlə görüşdü – FOTO

İlham Əliyev gürcü nazirlə görüşdü – FOTO

Hazırda oxunan: İlham Əliyev gürcü nazirlə görüşdü – FOTO

64219

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Gürcüstanın ədliyyə naziri Rati Breqadzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycanla Gürcüstan arasında dostluq əlaqələrinin müxtəlif istiqamətlərdə, o cümlədən nəqliyyat, enerji, ticarət sahələrində uğurla inkişaf etdiyi bildirildi.

Söhbət zamanı Azərbaycanın və Gürcüstanın Ədliyyə nazirlikləri arasında təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətinə toxunuldu.

Rati Breqadzenin ölkəmizə səfərinin və səfər çərçivəsində nazirliklər arasında imzalanan Əməkdaşlıq Memorandumunun bu sahədə əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO