Ali məktəblərə sənəd verənlərin sayı açıqlandı

Ali məktəblərə sənəd verənlərin sayı açıqlandı

Hazırda oxunan: Ali məktəblərə sənəd verənlərin sayı açıqlandı

64177

Ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd verənlərin sayı açıqlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin saytında məlumat yerləşdirilib. 

Bildirilib ki, 11 mart saat 10:05-ə olan məlumata əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ümumilikdə 46656 abituriyent ərizəsini təsdiq edib.

Onlardan 42747-si Azərbaycan, 3909-u isə rus bölməsi üzrə təhsil alanlardır. 

I ixtisas qrupu üzrə 16374 (Azərbaycan bölməsi 15020, rus bölməsi 1354), II ixtisas qrupu üzrə 10068 (Azərbaycan bölməsi 9213, rus bölməsi 855), III ixtisas qrupu üzrə 10909 (Azərbaycan bölməsi 9969, rus bölməsi 940), IV ixtisas qrupu üzrə 2779 (Azərbaycan bölməsi 2393, rus bölməsi 386), V ixtisas qrupu üzrə 34728 (Azərbaycan bölməsi 32276, rus bölməsi 2452), kolleclərə 35775 (Azərbaycan bölməsi 33874, rus bölməsi 1901) nəfər sənəd verib. 

"Azərbaycan dili (dövlət dili kimi)" fənni üzrə test imtahanında (1-ci cəhd) iştirak edəcək abituriyentlərin sayı 3691, 2021-ci ildə "Azərbaycan dili (dövlət dili kimi)" fənni üzrə test imtahanında "məqbul" qiymət alıb, cari ildə bu imtahanda iştirak etmədən müsabiqəyə buraxılan abituriyentlərin sayı 218 nəfərdir. 
Eyni zamanda 2021-ci il buraxılış və ya test imtahanlarının I mərhələsinin nəticəsi əsasında müsabiqəyə qoşulan abituriyentlərin sayı 161 nəfərdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO