İsrail prezidenti Ankarada belə qarşılandı - VİDEO

İsrail prezidenti Ankarada belə qarşılandı - VİDEO

Hazırda oxunan: İsrail prezidenti Ankarada belə qarşılandı - VİDEO

63903

Xəbər verdiyimiz kimi, bu gün İsrail prezidenti İsxak Hersoq Türkiyəyə rəsmi səfərə gəlib. Onu Ankaranın Esenboğa hava limanında Türkiyə Prezidentin mətbuat katibi İbrahim Kalın və digər rəsmilər qarşılayıblar.

Bizim.Media xəbər verir ki, səfər çərçivəsində İsrail prezidenti "Anıtkabir"i ziyarət edib və Atatürkün movzoleyinə əklil qoyub.

Sonra isə o, "Beştepe" prezident sarayında dövlət mərasimi ilə təmtəraqlı şəkildə qarşılanıb.

İki gün davam edəcək səfər Türkiyə-İsrail münasibətlərinin normallaşması baxımından mühüm hadisədir. Yeni əməkdaşlıq münasibətləri, xüsusilə Aralıq dənizindəki gərginliyi azalda, mövcud vəziyyəti tamamilə dəyişə bilər.
Qeyd edək ki, bu, İsrail prezidentinin son 14 ildə Türkiyəyə ilk gəlişidir. Sonuncu dəfə 2008-ci ildə prezident Şimon Peres Türkiyəyə səfər edib.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO