Şuşada xidmət edən əsgərlərimiz AzTV-yə baxa biləcəklər - Yayım başladı

Şuşada xidmət edən əsgərlərimiz AzTV-yə baxa biləcəklər - Yayım başladı

Hazırda oxunan: Şuşada xidmət edən əsgərlərimiz AzTV-yə baxa biləcəklər - Yayım başladı

6366

Teleməkanda ilk dəfə olaraq Şuşada yayıma Azərbaycan Televiziyası (AzTV) başlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Mənbə bildirir ki, Şuşada Azərbaycan Televiziyasına baxmaq və 105 FM radiosunu dinləmək mümkündür. 

“Müharibə bitdikdən bir neçə gün sonra televiziyamızın yayımını bərpa etmək üçün işlərə başladıq. Ötürücü avadanlıqlar quraşdırıldı və həmin günlərdən TV-yə Şuşada baxmaq və radionu dinləmək mümkün oldu. Əsas məqsədimiz işğaldan azad olunmuş bütün torpaqlarımızda tezliklə yayımı bərpa etməkdir”,- deyə şöbədən bildirilib.

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO