1500 şəhid ailəsi və müharibə əlillərinə ev veriləcək

1500 şəhid ailəsi və müharibə əlillərinə ev veriləcək

Hazırda oxunan: 1500 şəhid ailəsi və müharibə əlillərinə ev veriləcək

6355

Şəhid ailələrinə, müharibə əlillərinə qayğı göstərilməsi hər zaman dövlət başçısının diqqət mərkəzindədir.

Bizim.Media-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Nazir bildirib ki, son bir ayda 4500-dən artıq şəhid ailəsi və qaziyə baş çəkilib, onlar sosial qayğı ilə əhatə olunub.

O deyib ki, bu il şəhid ailələrinə və müharibə əlillərinə 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulur. Mənzillərin böyük hissəsi artıq verilib.

S. Babayevin sözlərinə görə, İkinci Qarabağ müharibəsində iştirak edən 1560 nəfərə pensiya və sosial təqaüdün təyin edilməsi təmin edilib. Proses davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO