Bu gün səhər saatlarından Quba və Qusarın dağlıq ərazilərinə Novruz qarı yağır.
Bizim.Media-nın məlumatına görə, Qusarın Şahdağın yaxınlığında yerləşən Ləzə kəndinə səhərdən qar yağması müşahidə edilir. Qarın hündürlüyü 10 sm-dən çoxdur.
Yerli sakinlərin sözlərinə görə, hazırda yağan qar çox xeyirlidir. Hesab edirlər ki, martda yağan qar bolluq -bərəkət rəmzidir.
Qubanın Qarxun kəndinə və ətraf kəndlərə də hazırda qar yağışı müşahidə edilir. Quba ərazi hidrometerologiya müəssisəsindən bildirilib ki, ötən günlərlə müqayisədə bu gün havanın temperaturu 4-5 dərəcə aşağı düşüb.
Aytəkin Alxaslı, Bizim.Media
- A-
- A
- A+
Multimedia
10:14 / 04.03.2022
Quba və Qusarda Novruz qarı - FOTO/VİDEO
Hazırda oxunan: Quba və Qusarda Novruz qarı - FOTO/VİDEO
Hazırda oxunan: Quba və Qusarda Novruz qarı - FOTO/VİDEO
63082
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.