Bakıda 200 kq mənşəyi məlum olmayan ət AŞKARLANDI 

Bakıda 200 kq mənşəyi məlum olmayan ət AŞKARLANDI 

Hazırda oxunan: Bakıda 200 kq mənşəyi məlum olmayan ət AŞKARLANDI 

62298

Bakıda avtomobildə narkotik və 200 kq mənşəyi məlum olmayan ət aşkarlanıb.  

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, fevralın 27-də saat 6 radələrində Ağcabədi rayon sakini S.Niyazovun idarə etdiyi “Mercedes” markalı avtomobil Qaradağ rayonu ərazisində saxlanılıb.

Avtomobilə baxış zamanı oradan 200 kiloqram çəkidə mənşəyi məlum olmayan və qida üçün yararsız ət məhsulu aşkar edilib.

S.Niyazov və sərnişini, qardaşı B.Niyazov saxlanılaraq Qaradağ Rayon Polis İdarəsinə təhvil veriliblər.

Araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO