Putinin Ukrayna qarşısında 3 ŞƏRTİ – Danışıqlara başlamaq mümkün olacaqmı?

Putinin Ukrayna qarşısında 3 ŞƏRTİ – Danışıqlara başlamaq mümkün olacaqmı?

Hazırda oxunan: Putinin Ukrayna qarşısında 3 ŞƏRTİ – Danışıqlara başlamaq mümkün olacaqmı?

62031

“Putin Zelenskini müzakirələrə çağırsa da, Ukrayna lideri Minsk danışıqlarına nümayəndə göndərməkdən imtina edib. Əslində, Rusiyanın bu aqresiyası Avropada 2-ci Dünya Müharibəsindən sonrakı ən böyük təhdiddir. 1942-ci ildən bu günə kimi Kiyevdə bomba səsi gəlməyib. Rusiyanın bu davranışı Avropaya da təhdiddir. Əslində Rusiyanın məqsədi Ukrayna ilə yekunlaşmır, Moskva NATO-nu Şərqi Avropadan təmizləmək istəyir. Ona görə də, NATO Kremlin niyyətini anladığı üçün şərq qanadını gücləndirməyə başlayıb”.

Bu fikirləri Putinin Zelenskiyə dialoq çağırışını Bizim.Media üçün şərh edən politoloq Ramiyə Məmmədova qeyd edib.

Politoloq Rusiya liderinin çağırışına rəğmən, onun Zelenski ilə danışıqlara getməsinin real olmadığını da diqqətə çatdırıb: 

“Putinin Zelenski ilə bir masaya oturacağına inanmıram. Çünki Putin Ukrayna Prezidentini heç zaman özünə opponenet kimi görməyib. Putin ya Avropa liderləri, ya da ABŞ Prezidenti ilə birbaşa, yaxud da Türkiyə kimi 3-cü tərəfin vasitəçiliyilə Zelenski ilə görüşə bilər. Lakin indiki situasiyada bu real görünmür”. 

Ramiyə Məmmədova fikirlərinin davamında, Putinin müharibəyə başlamadan öncə bütün mümkün ssenariləri hesabladığını və sanksiyalara hazır olduğunu dilə gətirib.
 

MÖVZU İLƏ BAĞLI:

Putin Ukrayna hərbçilərinə müraciət etdi: "Hakimiyyəti ələ keçirin, razılaşaq" - VİDEO


Digər tərəfdən Qərbin narahatlığı isə Ukrayna yox, savaşın tezliklə NATO-nun qapısını döyəcəyi ilə bağlıdır.

“Ona görə də, Putinin Zelenski ilə bir masaya oturub danışıqlara getməsi real görünmür. Əgər Zelenski Qərbdən dəstək almağa davam edərsə, o da dialoqa getməyəcək. Doğrudur, Ukraynanın gücü o qədər də çox deyil, Qərbdən onlara gizli də olsa yardım gələcək və savaş daha da genişlənəcək”, - deyə politoloq fikirlərinə əlavə edib.

Ramiyə Məmmədova Rusiyanın mümkün danışıqlarda irəli sürə biləcəyi 3 şərti diqqətə çatdırıb:

“Rusiyanın istər danışıqlarda, istər müharibədə əsas məqsədi NATO-nun genişlənməsini dayandırmaqdır. Kreml bu amal uğrunda xalqını ac qoymağa da razıdır. Təki təhlükəsizliyi pozulmasın. 

İkinci nüans, Rusiyanın Ukraynanı öz torpağı kimi görməsidir. Əgər Rusiya Ukraynanın şərqini və Qara dəniz sahillərini ələ keçirsə, bu əraziləri heç vaxt güzəştə getməyəcək. 

Üçüncü olaraq, Krımın Rusiya torpağı, Donets və Luqanskın isə tanınması Moskvann məqsədidir. Bununla Kreml üzərindəki sanksiyaları zəiflətməyə çalışacaq. Əks təqdirdə, Rusiya bütün dünyadan və beynəxalq ticarətdən kənar qalacaq. Lakin onu da nəzərə almaq lazımdır ki, əksər ölkələr Rusiyaya sanksiya tətbiq etməkdən çəkinir. Bu da Moskvanın iqtisadi gücünü bərpa etməsinə inam yaradır”.

Sonda Ramiyə Məmmədova tərəflərin danışıqlar masasından yayınmasının hər iki tərəf üçün faciəvi olacağını vuğulayıb:

“Müharibədən sonra nə Ukrayna, nə Rusiya, nə də dünya əvvəlki kimi olmayacaq. O zaman biz tam fərqli siyasi reallıqlarla qarşı-qarşıya qalacağıq. Lakin indiki situasiyada tərəflərin danışıqlar masasına əyləşməsi vacibdir. Əks halda bu savaşın nəticələri hər kəs üçün faciəvi olacaq”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO