Goranboyda ata və oğlu yol qəzasına düşdü

Goranboyda ata və oğlu yol qəzasına düşdü

Hazırda oxunan: Goranboyda ata və oğlu yol qəzasına düşdü

61974

Goranboyda baş verən yol qəzasında Gəncə sakini olan ata və oğlu yaralanıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə axşam saatlarında Dəliməmmədli şəhəri istiqamərində baş verib.

Bakı-Qazax avtomobil yolunun Dəliməmmədlidən keçən hissəsində "Mercedes" və "VAZ" markalı avtomobillər toqquşub.

Yol qəzası zamanı 1968-ci il təvəllüdlü Etibar Hüseynov və oğlu 1984-cü il təvəllüdlü Turac Hüseynov müxtəlif dərəcəli bədən xəsarərləri alaraq xəstəxanaya çatdırılıb.

Daha sonra Turac Hüseynov durumu ilə əlaqədar Gəncə klinikalarından birinə köçürülüb.

Faktla bağlı araşdırma aparıllr.

Ehtiram Muradov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO