Azərbaycanın Xalq artistindən Zelenskiyə DƏSTƏK: “Hitleri lənətləyənlərin əməlinə baxın”

Azərbaycanın Xalq artistindən Zelenskiyə DƏSTƏK: “Hitleri lənətləyənlərin əməlinə baxın”

Hazırda oxunan: Azərbaycanın Xalq artistindən Zelenskiyə DƏSTƏK: “Hitleri lənətləyənlərin əməlinə baxın”

61908

“Ukraynada baş verən hadisələr dəhşətdir. Ruslar lap ağ eləyiblər. Bunları bir dayandıran olmalıdır, ya yox?”

Bu fikirləri Bizim Media-ya özəl açıqlamasında Azərbaycanın Xalq artisti Rasim Balayev deyib. 

Rasim Balayev müharibəni pisləyərək, qaniçənləri şiddətlə qınayıb. 
 

“Yer üzündə baş verən bütün müharibələri, günahsız insanların qanının axıdılmasına bir insan olaraq etiraz edirəm.


Müharibələr fəlakətdən başqa bir şey gətirmir. Rusiya Ukraynanı yer üzündən silmək istəyir. Təbii ki, mən sadə rus xalqını nəzərdə tutmuram. Rus xalqı əslində yazıq və bədbəxtdir. O qədər varı, dövləti olan sadə ruslar acından ölürlər. Zamanında Hitleri lənətləyənlərin indi törətdiyi əmələ baxın. Nəzərə alsaq ki, Rusiya və Ukrayna qardaş xalqlar olublar. Hər halda slavyan köklü xalqlardır. Amma Ukraynaya qarşı müharibəni, bu dəhşəti qınayıram” - deyə, Rasim Balayev vətəndaş mövqeyini bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO