Rusiyanın Ukraynada zərərsizləşdirdiyi obyektlərin SİYAHISI 

Rusiyanın Ukraynada zərərsizləşdirdiyi obyektlərin SİYAHISI 

Hazırda oxunan: Rusiyanın Ukraynada zərərsizləşdirdiyi obyektlərin SİYAHISI 

61902

Rusiya Ukraynanın yeni itkilərini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, Rusiya müdafiə nazirliyinin məlumatında zərərsizləşdirilən obyektlərin siyahısı təqdim olunub: 

118 hərbi obyekt; 

13 idarəetmə məntəqəsini və rabitə qovşağını; 

11 aerodrom; 

14 S-300 və “OSA” kompleksi; 

36 RLS; 

5 hərbi təyyarə; 

1 helikopter; 

5 PUA; 

18 tank; 

5 döyüş kateri; 

18 reaktiv yaylım atəşi sistemi. 

Xatırladaq ki, dünən səhər saatlarında Rusiya prezidenti Vladimir Putin televiziya ilə çıxışında Donbasda hərbi əməliyyat keçirmək əmri verdiyini açıqlayıb. Dünəndən başlayaraq paytaxt Kiyev olmaqla, Ukraynanın müxtəlif şəhərlərində partlayışlar baş verib.  

Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib ki, 400 nəfərə yaxın rus hərbçisi öldürülüb.
Birgə Qüvvələr Əməliyyatı zonasında Rusiyanın 7 təyyarəsi, bir neçə helikopteri vurulub. Onlarla hərbçi əsir götürülüb. 

Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyanın hücumu nəticəsində Ukraynanın 137 hərbçisi həlak olub. Onun sözlərinə görə, hərbi əməliyyatlar zamanı daha 316 hərbçi yaralanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO