Azərbaycanda himayədar ailələrə yardım ediləcək

Azərbaycanda himayədar ailələrə yardım ediləcək

Hazırda oxunan: Azərbaycanda himayədar ailələrə yardım ediləcək

61476

"Himayədar ailə modelində əsas məqsəd odur ki, uşaqlar sosial xidmət müəssisələrinə düşməsinlər, ailədə böyüsünlər".

Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, həmin ailələrlə bağlı dövlətin müvafiq sosial dəstək mexanizmləri müəyyən edilib:

"Bu mexanizmlər çərçivəsində həmin ailələrə dəstək veriləcək. Əgər himayədar ailə modeli tətbiq oluna bilməsə, uşaq sosial xidmət müəssisəsinə yerləşdiriləcək və uşağın övladlığa verilməsi istiqamətində işə başlanılacaq. Dövlətin burada niyyəti və məqsədi birmənalı olaraq mümkün qədər uşaqların sosial xidmət müəssisələrində böyüməməsinin təmin olunmasıdır. Valideynini itirmiş və ya valideyin himayəsindən məhrum olmuş hər bir uşaqla bağlı bu proses izləniləcək. Düşünürük ki, bu mexanizm dünyada olduğu kimi Azərbaycanda da uğurlu nəticəsini verəcək".

Qeyd edək ki, Prezident İlham Əliyevin 15 fevral 2022-ci il tarixli Fərmanın icrası işləri çərçivəsində "Himayədar ailə" qayğı modeli üzrə idarəetmə və xidmətlər e-infrastruktur üzərindən həyata keçiriləcək.

Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemində yeni fuksional imkanlar yaradılmaqla bu e-sistem bu ilin noyabr ayının 1-dək təkmilləşdiriləcək.

Himayədar ailə (himayədar valideyn) olmaq istəyən ailələrin (şəxslərin) və himayədar ailəyə verilmiş uşaqların vahid uçotu həmin altsistem vasitəsilə elektron qaydada aparılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO