Solovyov, Simonyan, Zaxarova və Tolstoyun Avropa İttifaqına girişi qadağan edildi – SANKSİYA

Solovyov, Simonyan, Zaxarova və Tolstoyun Avropa İttifaqına girişi qadağan edildi – SANKSİYA

Hazırda oxunan: Solovyov, Simonyan, Zaxarova və Tolstoyun Avropa İttifaqına girişi qadağan edildi – SANKSİYA

0:00
0:00
61474

Dörd rusiyalı təbliğatçı Aİ-nin sanksiyalarına məruz qalıb.

Bizim.Media “Azadlıq” radiosuna istinadən xəbər verir ki, bunlar teleaparıcı və Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy, teleaparıcı Vladimir Solovyov, RT-nin Baş redaktoru Marqarita Simonyan və Rusiya Xarici İşlər Nazirliyinin spikeri Mariya Zaxarovadır.

Müdafiə naziri Sergey Şoyqu da siyahıya salınıb.

Onların Aİ-yə girişi qadağan olunacaq, aktivləri dondurulacaq. Müxalifət lideri Aleksey Navalnı daha əvvəl Solovyovun İtaliya sakini olması və Komo gölündə iki villası olması barədə məlumat yayıb.

Aİ üzvləri artıq sanksiyalar siyahıları ilə bağlı razılığa gəliblər. Rəsmi və son olaraq 23 fevral saat 11:00-da qəbul olunacaq.

Fevralın 21-də Rusiya prezidenti Vladimir Putin Şərqi Ukraynanın işğal olunmuş ərazilərini “müstəqil respublikalar” kimi tanıyıb. Fevralın 22-də Rusiya parlamentinin hər iki palatası bu mövqeyi dəstəkləyib.
Sivil dünya Rusiyanın qeyri-qanuni qərarını pisləyərək, yeni sanksiyaların tətbiq olunduğunu bəyan edib. Almaniya Rusiya-Almaniya “Şimal axını 2” qaz kəmərinin sertifikatlaşdırılmasını dayandırıb. Britaniya beş Rusiya bankına və Putinin dostlarına - iş adamları Gennadi Timçenkoya, Boris və İqor Rotenberq qardaşlarına qarşı sanksiyalar elan edib.

Onların Britaniyadakı aktivləri dondurulacaq, fiziki şəxslərin ölkəyə girişi qadağan ediləcək.

Çərşənbə axşamı Aİ səfirləri Rusiyaya qarşı sanksiyaları, xüsusən də Avropa bazarında Rusiya dövlət istiqrazlarının ticarətinə qadağa qoyulmasını və LXR və DXR psevdo-respublikalarının Aİ ilə Ukrayna arasında azad ticarət sazişindən çıxarılmasını müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO