Bugünlərdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Rusiyaya rəsmi səfəri və bu səfər çərçivəsində imzalanmış Moskva Bəyannaməsindən ölkəmizə qarşı məkrli siyasət yürüdən bəzi daxili və xarici qüvvələr, eləcə də şəxslər sosial şəbəkələrdə və mətbuatda çirkin niyyətli qaralama kampaniyalarına başlamışdır. Çox təəsüf ki, bu qüvvələrin Bəyannaməni təhrif edərək apardıqları anti-Azərbaycan təbliğatı sadə insanlarda çaşqınlıq yarada bilir. Bu qüvvələr arasında sözsüz ki, bəzi hallarda Bəyannaməni populistcəsinə, emosianallıqla şərh edən ancaq yaxını görən psevdo-siyasətçilərə də rast gəlmək olur. Amma əvvəlcə bu sənədin mahiyyətini anlamaq lazımdır, daha sonra şərh eləmək olar.
Qeyd etmək istəyirəm ki, Bəyannamədə əksini tapmış bütün maddələr xalqımızın və dövlətimizin milli maraqları və mənafeyi ilə tam üst-üstə düşür.
Bu məqsədlə də Bəyannamənin hər bir maddəsinin qısa xülasəsi oxucuların diqqətinə çatdırmaq istərdim. Bu Bəyannamədə ən vacib və diqqət çəkən məsələlərdən biri Rusiyanın bir daha Azərbaycanın sərhədlərini rəsmi olaraq tanıması və bir mənalı olaraq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul etməsidir.
Bəyannaməyə əsasən müttəfiq olsaq da milli maraqlarımıza və mənafeyimizə tam uyğun bə müstəqil siyasət yürütməyimiz suveren hüququmuz kimi tanınır.BMT və bu kimi nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə əks olunmuş beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilir.
Azərbaycan və Rusiya bir-birinə zərər vermədən bu təşkilatlarda bir-birinin əleyhinə səs vermir.
Təhlükəsizlik əlaqələri gücləndirilir və təhlükə mənbələri birgə aradan qaldırılır. 9/10 noyabr 2020 və 11 yanvar 2021-ci ildə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan 3-tərəfli müqavilə son nöqtəsinə qədər yerinə yetirilir. Əgər yetirilməsə, Rusiya bir öhdəlik olaraq, Ermənistanı buna məcbur edəcək. Qarabağ Azərbaycanın ayrılmaz tərkibi olduğu bir daha vurğulanır.
Hərbi əməkdaşlıq sahəsində əlaqələr daha da genişlənir, Rusiyadan müasir silahlar alınmaqla bərabər Azərbaycana hərbi yardım edilə bilir, Rusiya silahlarının Azərbaycanda istehsalına hüquqi zəmin yaradılır.
Qarşılıqlı olaraq Azərbaycanda hər hansı separatçı qüvvələrə qarşı mübarizədə Rusiya, Rusiyanın terrorizmə və narkoticarətə qarşı mübarizəsində Azərbaycan yardım edəcək.
Xəzərin statusu ilə bağlı konvensiyası bir daha təsdiq olunur. Hər iki ölkədə investorlar ən əlverişli investisiya mühiti ilə təmin edilir və Rusiya Azərbaycana böyük investisiya qoyur.
Lazım gəldikdə və şərait tələb edərsə, Rusiya qazı Avropaya ucuz qiymətə, Azərbaycan üzərindən satılır.
Azərbaycan Rusiyadan idxalı daha sərfəli qiymətlə çoxaltmaqla Avropadan idxalı azaldılır. Bank sektorunda müştərək layihələr həyata keçirilməklə ticarət rubl və manatla aparılır.Şimal-cənub layihəsinin ancaq Azərbaycan ərazisindən keçəcək (yəni Ermənistan ərazisindən keçməyəcək) və nəqliyyat xərcləri xeyli azaldılacaq. Qarşılıqlı layihələr və təkliflər hər iki tərəfin dəyərləndirililməsi ilə həyata keçiriləcəkdir. Rusiyanın Azərbaycan üçün Atom elektrik stansiyası tikməsinə hüquqi zəmin və razılıq verilir. İnformasiya texnologiyaları sahəsində və kiber hücumlara qarşı birlikdə mübarizə sahəsində əməkdaşlıq edilir.
Rusiya bundan sonra da Azərbaycana taxıl və aqrar texnologiyaları sahəsində satışlarını davam etdirir.
Azərbaycanın hər hansı beynəlxalq təşkilatlara üzv olmasında müstəqildir və Rusiya bunu dəstəkləyir.
İki ölkə arasında səhiyyə sahəsində, eləcə də sanitar epidemioloji durumun yaxşılaşdırılması, infeksion xəstəliklərə qarşı mübarizə və bioloji təhlükəsizlik sahəsində əməkdaşlıq daha da genişləndiriləcəkdir.
Azərbaycanla Rusiya arasında humanitar, mədəniyyət və turizm sahəsində əlaqələr daha da genişləndirilir. Rusiyanın bütün qubernatorlarına Azərbaycan ilə əməkdaşlıq etməyə icazə verilir.
Diaspora işləri bundan sonra da genişləndirilərək daha da inkişaf etdirilir. Təhsil sahəsində əməkdaşlıq sahəsində Rus universitetlərini gələcəkdə də Azərbaycanda açılmasına imkan yaradılır.
Sadaladıqlarımızı nəzərə almaqla demək olar ki, Azərbaycanın bütün milli maraqlarının özündə əks etdirən və əməkdaşlığın yüksək nümunəsi Moskva Bəyannaməsi dövlətimizin gələcəyi üçün ciddi töhfədir.
Məlahət İbrahimqızı, Millət vəkili
- A-
- A
- A+
Siyasət
12:09 / 23.02.2022
“Əvvəlcə “Moskva Bəyannaməsi”ni anlamaq lazımdır, sonra...” – Məlahət İbrahimqızı
Hazırda oxunan: “Əvvəlcə “Moskva Bəyannaməsi”ni anlamaq lazımdır, sonra...” – Məlahət İbrahimqızı
Hazırda oxunan: “Əvvəlcə “Moskva Bəyannaməsi”ni anlamaq lazımdır, sonra...” – Məlahət İbrahimqızı
61460
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.