Keçmiş məhkumdan külli miqdarda heroin götürüldü - FOTO

Keçmiş məhkumdan külli miqdarda heroin götürüldü - FOTO

Hazırda oxunan: Keçmiş məhkumdan külli miqdarda heroin götürüldü - FOTO

61416

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş şəhər sakini Amid Muradov şübhəli şəxs qismində saxlanılıb.

Üzərinə keçirilən baxış zamanı ondan külli miqdarda narkotik vasitə olan heroin və metamfetamin qalıqları olan şüşə qab aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, məhkəmənin də qərarı ilə Amid Muradov barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO