ABŞ səfirliyindən YAŞIL XƏBƏR, bu nə deməkdir? – Rəsmi AÇIQLAMA

ABŞ səfirliyindən YAŞIL XƏBƏR, bu nə deməkdir? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: ABŞ səfirliyindən YAŞIL XƏBƏR, bu nə deməkdir? – Rəsmi AÇIQLAMA

60767

Bir neçə gündür ki, ABŞ-ın Azərbaycan səfirliyi feysbuk səhifəsində süpriz bir yeniliyin olacağı barədə xəbər paylaşılıb.

Bizim.Media xəbər verir ki, səfirlik bu həftənin sevimli rəngini yaşıl seçib. Səfirliyin planlaşdırdığı ən yeni əlavənin sırf bu rənglə bağlı olduğu düşünülüb.

Ehtimallardan biri və ən aktualı yeniliyin greencard xidməti ilə bağlı idi. Belə ki, 2022-ci ildən bəri etibarən, greencard qaliblərinin artıq Tiflisdə deyil, Bakıda- öz ölkələrində viza intervülarına girməsi nəzərdə tutulmuş ola bilərdi.

Qeyd edək ki, Gürcüstandakı ABŞ konsulluğu COVID-19 ilə əlaqədar fəaliyyətini dayadırıb.

Yeniliyin ətraf mühitlə bağlı eko-dost layihə olması və yaxud səfirliyin daha operativ və səmərəli işləməsi üçün yeni bir robot sistemin qurulması da təxminlər arasında idi. Bütün növ vizaların bərpası da müzakirə mövzusu olub.

Məsələyə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Mehdi Hüseynquliyev aydınlıq gətirib. Onun sözlərinə görə, bu yenilik ətraf mühiti qorunması əhəmiyyətlidir.

Yeni layihə ilə yaxın günlərdə gələcək videoda elektrik mühərriki ilə işləyən avtomobil və xüsusi Azərbaycan müğənnisi ilə çəkilmiş karpul karaoke stilində video görəcəyik. 

Artıq belə bir video Azərbaycanın Avroviziya təmsilçisi və qalibi Eldar Qasımovla çəkilib və sosila şəbəklər üzərindən tirajlanıb.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO