Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan keçmiş prezident Robert Köçəryan və baş nazirin keçmiş müavini Armen Gevorkyanın işi üzrə dindirilib.
Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə baş prokurorun müavini, Köçəryan işi üzrə prokurorlardan biri Gevork Bağdasaryan məlumat verib.
“O, dindirildi. Bu işdə şahiddir. Başqa təfərrüat verə bilmərəm”, – Bağdasaryan məhkəmə iclasından sonra deyib.
MÖVZU İLƏ BAĞLI:
Robert Köçəryan 12 il həbs oluna bilər - 3 milyon dollar rüşvət alıb
Bundan əvvəl prokuror Petros Petrosyan ittihamın yekun hissəsində bildirmişdi ki, iş adamı Silva Hambardzumyan Vardan Oskanyanın tanışı vasitəsilə rüşvəti köçürmək üçün Armen Gevorkyan və Robert Köçəryana müraciət edib.
Oskanyan bildirib ki, Gevorkyanın adından pul iş adamı Samvel Mayrapetyana verilməli idi.
Xatırladaq ki, Ermənistanın eks-prezidenti Robert Köçəryan və baş nazirin keçmiş müavini Armen Gevorkyan cinayət işi üzrə ittiham olunurlar. Köçəryan xüsusilə külli miqdarda (3 milyon dollar) rüşvət almaqda, baş nazirin keçmiş müavini isə çirkli pulların yuyulmasında təqsirli bilinir.
Bizim.Media