Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

Hazırda oxunan: Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

59946

Bakıda polis əməkdaşlarının bıçaqlanmasında şübhəli bilinən Aydın Babayevin paytaxtın Səbail rayonu ərazisində gizləndiyi məlum olub.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya  bildirilib ki, dərhal əraziyə polis əməkdaşları cəlb edilib.

MÖVZU İLƏ BAĞLI:

Bakıda Çevik Polis Alayının əməkdaşları bıçaqlandı

Bakıda polis əməkdaşlarının bıçaqlanmasının təfərrüatı açıqlandı


Həmin şəxs saxlanılan zaman silahlı müqavimət göstərib.

Hüquq-mühafizə orqanlarının gördüyü cavab tədbirləri nəticəsində hücum edən şəxs polis əməkdaşları tərəfindən zərəsizləşdirilib.

Hadisə yerindən A. Babayevə məxsus tapança aşkar edilərək götürülüb.

Qeyd edək ki, Aydın Babayev Çevik Polis Alayının iki əməkdaşına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO