Şamaxıda qəbiristanlıqdan oğurluq edildi - 3 min manatlıq…

Şamaxıda qəbiristanlıqdan oğurluq edildi - 3 min manatlıq…

Hazırda oxunan: Şamaxıda qəbiristanlıqdan oğurluq edildi - 3 min manatlıq…

59825

Şamaxı Rayon Polis Şöbəsinə yanvarın 30-na keçən gecə Həmyəli kəndi ərazisindəki qəbiristanlıqda qəbirilərdən birinin ətrafına çəkilmiş 3000 manat dəyərində məhəccərin oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri Ş.Şıxməmmədov və əvvəllər də oğurluğa görə məhkum olunmuş Ə.Alışov müəyyən edilərək saxlanılıb.

Onların ətrafında aparılan tədbirlərlə onların həmin qəbiristanlıqda daha 2 qəbirin ətrafına çəkilmiş məhəccərləri və Sabir qəsəbəsi ərazisində yerləşən şərab zavodundan 5 ədəd kondisioner oğurlamaları da müəyyən edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO