Dizayner ev sahibinin 1000 manat pulunu alıb yoxa ÇIXDI - ŞİKAYƏT

Dizayner ev sahibinin 1000 manat pulunu alıb yoxa ÇIXDI - ŞİKAYƏT

Hazırda oxunan: Dizayner ev sahibinin 1000 manat pulunu alıb yoxa ÇIXDI - ŞİKAYƏT

59702

Yasamal rayon sakini pulunu əvvəlcədən alıb evinin layihə işlərini tamamlamayan dizayneri onu aldatmaqda ittiham edib. 

Bu barədə Bizim.Media-ya Zərdabi küçəsi, ev 77 ünvanında yaşayan Günay Rüstəmova müraciət edib.

Şikayətçinin sözlərinə görə Mərdəkan qəsəbəsində yerləşən evinin layihə işlərinin hazırlanması üçün 2021-ci il dekabrın 1-də xanım dizaynerlə razılaşıb.

Razılaşmaya əsasən Səbinə Cəfiyeva Günay Rüstəmovanın fərdi evində ümumi dəyəri 1500 manat təşkil edən dizayn və layihə işlərini 2 ay ərzində hazırlamalı idi. İş qarşılığında Günay Rüstəmova 29.12.2021-ci il tarixdən başlayaraq 1000 manat məbləğində pul vəsaitini Yasamal rayonu ərazisində yeləşən ödəmə terminalı vasitəsilə dizaynerə məxsus kart hesabına köçürüb.

Amma xanım dizayner görəcəyi işləri tamamlamayıb, əksinə vaxtı uzadaraq, Günay Rüstəmovanın zənglərindən yayınıb:

“Səbinə əvvəl qohumumun evində çalışıb. Elə ona görə də evimin dizayn işlərini ona tapşırdım. 1500 manat təşkil edən layihə işini fevralın 1-nə kimi yekunlaşdırmalı idi. Özü də həmin müddət ərzində işi təhvil verəcəyinə razılaşmışdı. İşin 40 faizi görüləndən sonra dizayneri tapa bilmədim. Onunla əlaqə saxlayıb səbəbi öyrənməyə çalışdım. Məni əmin etdi ki, narahat olmayım, işi tezliklə yekunlaşdıracaq.
 

Amma səs-soraq çıxmadı. Dəfələrlə əlaqə saxladım. Gah zəngə cavab verir, gah da vermirdi. Sonra əməliyyat olunduğunu bildirdi. Ona şəfa diləyib, bir qədər də səhhəti düzələnə qədər möhlət verdim. Amma nəticə vermədi.


Əksinə aramızda gedən səsyazılarında məni kobud şəkildə təhqir etdi. Ondan sonra özünə polisə şikayət edəcəyimi bildirdim. Artıq mənə aydın oldu ki, etibarımdan sui-istifadə edərək məqsədi pulumu ələ keçirmək olub. İndiyə qədər nə zənglərimə cavab verir, nə də verdiyim vəsait müqaibilində görmədiyi işə rəğmən pulumu qaytarır. O iş görməyib. Texniki plan və jurnal verilməyib.”. 

Günay Rüstəmova xanım dizayner barədə dələduzluq  ittihamı ilə Yasamal Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.

Şikayətçi ona dəyən mənəvi nə maddi ziyana görə qarşı tərəfdən kompensasiya tələb edir.  Həmçinin Cinayət Prosessual Məcəlləsinin 12, 204 və 207-ci maddələrini rəhbər tutaraq Səbinə Cəfiyeva barəsində cinayət işinin başlanılması tələbi ilə çıxış edib. 

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrəndik. Bizim.Media-ya danışan dizayner Səbinə Cəfiyeva əksinə Günay Rüstəmovanın onu təhqir etdiyini və verdiyi pul müqabilində iş gördüyünü bildirib:

“Xanımla müqvilə bağlamamışıq. 1500 manatlıq iş danışmışıq. Mən onun 1000 manatlıq işini gördüm. Səhhətimdə problemlər yarandığı üçün işi tam yekunlaşdıra bilmədim. 14 otağın 5 otağının işini görə bilmədim və pulunu da almadım. Amma aldığım pulun işini görmüşəm. Əslində mən ondan şikayətçiyəm, çünki məni təhqir edib. Bütün yazışmalar da qalır. Onun dediyi sözləri özünə qaytaranda daha da təhqiramiz ifadələr işlətdi.

Əgər mən də şikayət etsəm, sübut edəcəyəm ki, siz də, Günay xanım da səhvdir və başınız ağrıyacaq”, - deyə Səbinə Cəfiyeva sözügedən məsələdə mətbuata da hədə-qorxu gəlməkdən yayınmayıb. 


Qeyd edək ki, şikayətçi Günay Rüstəmova Yasamal Rayon Polis Şöbəsinə təqdim etdiyi rəsmi ərizəsinin surətini redaksiyamıza da göndərib.  

Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO