Trampın malikəsindən məxfi sənədlər tapıldı – Kim Çen İnlə yazışmalar… 

Trampın malikəsindən məxfi sənədlər tapıldı – Kim Çen İnlə yazışmalar… 

Hazırda oxunan: Trampın malikəsindən məxfi sənədlər tapıldı – Kim Çen İnlə yazışmalar… 

59642

ABŞ-ın Milli Arxivlər və Qeydlər İdarəsinin (NARA) keçmiş prezidenti Donald Trampın malikanəsi Mar-o-Laqodan çıxardığı sənədlər arasında “gizli” və “tam məxfi” qeydləri olan sənədlər tapılıb.  

Bizim.Media xəbər verir ki, bu barədə mənbələrə istinadən Washington Post məlumat yayıb. 

NARA əməkdaşları Trampın Ağ Evdən çıxararaq Mar-o-Laqoya köçdüyü ABŞ-ın keçmiş rəhbərinin mülkündən bir neçə qutu sənəd ələ keçirib.

Sənədlər arasında Şimali Koreya lideri Kim Çen İnla yazışmalar və Barak Obamanın 2016-cı ildə onun varisinə buraxdığı mesaj da var. 

Mənbə nə qədər məxfi sənədlərin tapıldığı barədə tam məlumat verməsə də, bəzi sənədlərə yalnız bir neçə yüksək səlahiyyətli şəxsin daxil olmaq hüququnun olduğu vurğulanır. 
Mənbə qeyd edib ki, Tramp prezident kimi tez-tez Ağ Evdən sənədlərin olduğu qovluqları çıxarıb. Trampın bu addımı əmlakla bağlı sənədləri daha diqqətlə öyrənmək üçün atdığı bildirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO