Bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsi qarşısında öhdəliyinə 126,2 % əməl edib.
Bizim.Media xəbər verir ki, bunu Komitənin sədri Səfər Mehdiyev bildirib.
Onun sözlərinə görə, büdcəyə 403,95 milyon manat vəsait köçürülüb. Bu da proqnozdan 83,95 milyon manat çoxdur.
Dövlət #Gömrük Komitəsi 2022-ci il yanvar ayı üçün nəzərdə tutulan #büdcə öhdəliyini 126,24 faiz yerinə yetirib. İlkin məlumata görə 403,95 milyon manat vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin olunub ki, bu da nəzərdə tutulan proqnozdan 83,95 milyon manat artıq deməkdir.
— Safar Mehdiyev (@SafarMehdiyev_) February 10, 2022
Bizim.Media