Sexdəki qurğu işçinin əlini amputasiya etdi 

Sexdəki qurğu işçinin əlini amputasiya etdi 

Hazırda oxunan: Sexdəki qurğu işçinin əlini amputasiya etdi 

5954

Dekabrın 20-də saat 04 radələrində Sabirabad rayonu ərazisində yerləşən pambıq emalı sexində Qürbət İsayevin iş zamanı ağır dərəcəli bədən xəsarəti alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabirabad rayon prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, “MKT İK” MMC-nin Sabirabad rayonu ərazisində yerləşən pambıq emalı sexində işləyən Qürbət İsayev qeyd edilən tarixdə işlək vəziyyətdə olan mahlıc təmizləyici “Kliner” adlı qurğunun dişlərindəki pambıq tutqunluğunu aradan qaldırmaq üçün əlini həmin qurğuya daxil edib, həmin vaxt əynindəki pencək qurğunun dişlərinə ilişdiyi üçün qurğu onun sağ əlini dartaraq əlinin 1/3 hissəsini amputasiya edib.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizası təyin olunmuş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda hadisənin baş vermə səbəblərinin və təfərrüatlarının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO