Azərbaycanda karantin müddətinin 7 günə endirilməsinin səbəbi AÇIQLANDI

Azərbaycanda karantin müddətinin 7 günə endirilməsinin səbəbi AÇIQLANDI

Hazırda oxunan: Azərbaycanda karantin müddətinin 7 günə endirilməsinin səbəbi AÇIQLANDI

59516

“Omikron” koronavirusun mutasiyalarından biridir. Dünya ölkələrində həmin ştamın da müəyyən növləri var”.

Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, “Omikron”da xəstəliyin gizlin dövrü çox qısadır:
 

MÖVZU İLƏ BAĞLI:

Bu şəxslər də 7 gün karantində qalacaq – YENİ QƏRAR


“3-4 gün, nadir hallarda 5 gün çəkə bilər: “Buna görə də karantin müddəti 7 günə qısaldıldı. Yoluxuculuq günlərinin sayı da azdır. Hətta bəzi ölkələrdə karantin müddəti 5 günə qədər azaldılıb. Əlamətlərdə də fərqlilik var. Yuxarı tənəffüs yollarının zədələnməsi mövsümi xəstəliklərin simptomları ilə oxşarlıq təşkil edir”.

Nazirlik rəsmisi bildirib ki, digər infeksiyalarda 38-39 qızdırmalarda insanlar halsız olmurdusa, indi 37 dərəcə qızdırmada yorğunluq olur:

“Əvvəlki ştamlardakı iy, dad bilmə yeni ştamda az müşahidə olunur. Mədə-bağırsaq sisteminin pozulması daha çox qeydə alınır. Bəzi xəstələrdə ilkin əlamətlər bu cür ola bilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO