Moldova koronavirus pandemiyası zamanı göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.
Bizim.Media xəbər verir ki, bu barədə Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku Azərbaycanın xarici işlər naziri ilə görüşdən sonra keçirilən mətbuat konfransında danışıb.
Onun sözlərinə görə, ölkələr həm ikitərəfli formatda, həm "Şərq Tərəfdaşlığı", GUAM və digər beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edirlər: "Bizim bu il üçün çox iddialı əməkdaşlıq planlarımız var. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur. Bu illər ərzində ölkələr həmişə bir-birinin ərazi bütövlüyünü dəstəkləyib".
N.Popesku bildirib ki, Moldova işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesinə kömək etmək üçün Azərbaycana ekspertlər göndərmək imkanını nəzərdən keçirir.
Moldova XİN vurğulayıb ki, ölkələr arasında siyasi əməkdaşlıq çox yüksək səviyyədədir: "İqtisadi sahədə, xüsusilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi də nəzərdə tutulur".
Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:41 / 09.02.2022
Moldova Azərbaycana təşəkkür etdi
Hazırda oxunan: Moldova Azərbaycana təşəkkür etdi
Hazırda oxunan: Moldova Azərbaycana təşəkkür etdi
59335
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.