Son vaxtlar Bakı metrosunda polis əməkdaşları tərəfindən aparılan yoxlamalar daha da gücləndirilib.
Bizim.Media xəbər verir ki, xüsusi yoxlama cihazından əlavə polislər metroya daxil olan vətəndaşlardan şəxsiyyət vəsiqələrini də tələb edirlər.
Vəsiqələrin hansı səbəbdən tələb olunması isə çox adama məlum deyil.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, həmin yoxlamalar metroya daxil olan COVID-19 xəstələrinin müəyyən edilməsi üçündür:
"Dünən bu yoxlamalar sayəsində 3 aktiv koronavirus xəstəsi müəyyən edilib. Onlarla profilaktiki söhbətlər aparılıb və hər biri müalicə aldıqları ünvana yerləşdiriliblər",-deyə Elşad Hacıyev əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:17 / 08.02.2022
Polis metroda şəxsiyyət vəsiqələrini niyə yoxlayır? - RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Polis metroda şəxsiyyət vəsiqələrini niyə yoxlayır? - RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Polis metroda şəxsiyyət vəsiqələrini niyə yoxlayır? - RƏSMİ AÇIQLAMA
0:00
0:00
59253
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.