"Şuşa ili” çərçivəsində ilk təqdimat keçirildi - FOTO 

Hazırda oxunan: "Şuşa ili” çərçivəsində ilk təqdimat keçirildi - FOTO 

0:00
0:00
58997

Azərbaycan Milli Kitabxanasında "Şuşa ili”nin açılış mərasiminə həsr olunan “Şuşa-Azərbaycanın mədəniyyət paytaxtı Biblioqrafiya” və “Xan Şuşinski. Biblioqrafiya” kitablarının təqdimat mərasimi keçirilib. 

Bizim.Media xəbər verir ki, tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açıb. 
 

Bu ilin “Şuşa ili” elan edilməsi ilə əlaqədar kecirilən tədbirlərin önəmini qeyd edən K. Tahirov bildirib ki, Azərbaycan Milli Kitabxanasının hazırladığı "Şuşa Azərbaycanin mədəniyyət paytaxti" adli biblioqrafiya Şuşaya həsr olunmuş ilk fundamental biblioqrafiyadır.


Şuşanın işğaldan azad edilməsinin bir illiyi münasibətilə tərtib olunmuş biblioqrafiyada Şuşanın tarixi, mədəniyyəti, musiqisi və ədəbi mühiti, tarixi və memarlıq abidələri, ictimai-siyasi hayatı haqqında kitablar, dövri mətbuatda, məcmuələrdə çap olunmuş zəngin materiallar öz əksini tapıb. Kitabda həmcinin Şuşa haqqında digər xarici dillərdə dərc olunan materiallar, habelə dünya milli və universitet kitabxanalarında mühafizə olunan ədəbiyyatlar ayrıca yer verildiyini bildirib.  

Daha sonra Mədəniyyət Naziri Anar Kərimov Şuşa ilinin açılışı Milli Kitabxanadan başlanıb: 

"Bizim məqsədimiz və vəzifəmiz Şuşanın  şanlı tarixini, ruhunu özünə qaytarmaqdır. Şuşada bir çox tarix mədəniyyət abidələrinin bərpası başlanıldı. Şuşanın ruhu da bərpa edilməyə başlanıldı. Əminəm ki, Xan Şuşinskinin ruhu azaddır, xoşbəxtdir. "Şuşaya kitabla gedək" layihəmiz var. Orada ermənilər tərəfindən yandırılmış kitab fondunun bərpası içəbağlı işlər aparılır.
 

Bu vaxta kimi 60 min kitab toplanılıb. Əminəm ki, Şuşada bərpa olunan kitabxanada layihə layiqli yerini tutacaq". 


Tədbirdə çıxış edən Xan Şuşiniskinin qızı Bəyimxanım Verdiyeva Xan Şuşiniskiyə verilən dəyəri yüksək qiymətləndirdiyini qeyd edib. 

Şahnaz, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO