"Dinamo" Mahir Emrelini hansı məbləğə transfer edib? – Müqavilənin detalları 

Hazırda oxunan: "Dinamo" Mahir Emrelini hansı məbləğə transfer edib? – Müqavilənin detalları 

58405

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin “Legiya”dan Zaqreb “Dinamo”suna transferinin qiyməti bəlli olub. 

Bizim.Media Polşa mətbuatına istinadla xəbər verir ki, 25 yaşlı hücumçunun keçidi 1 milyon avroya gerçəkləşib.

Lakin Xorvatiya klubu onun üçün pul ödəməyəcək. 

Polşa klubunun “Dinamo”ya borcu qalıb. Lirim Kastratini 1,2 milyon avroya transfer edən “Legiya” zaqreblilərə cəmi 200 min ödəyib. Vəsaitin digər hissəsinin əvəzində isə Emrelinin transferi reallaşıb. 

Qeyd edək ki, “Legiya” yığmamızın üzvü ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verildiyini açıqlayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO