Bu il 27 122 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub

Bu il 27 122 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub

Hazırda oxunan: Bu il 27 122 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub

5840

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 274 ümumi təhsil müəssisəsində 1092 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir.

Bizim.Media xəbər verir ki, bu barədə İdarənin ilin yekunlarına dair hesabatında bildirilib.

Qeyd edilib ki, məktəbəhazırlıq qruplarına 27 122 uşaq cəlb olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin I siniflərinə isə elektron sistem vasitəsilə  44 904 uşaq qəbul edilib.

Qeyd edilib ki, bu il ilk dəfə olaraq ümumi təhsil məktəblərinin I siniflərinə şagird qəbulu zamanı əvvəlcə elektron sistemdə qeydiyyat prosesi, daha sonra isə məktəb seçimi prosesi aktivləşdirilib.

Ümumi təhsil məktəblərinin tədrisi digər dildə aparılan bölmələri üzrə məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqlar da I sinfə qəbul zamanı şifahi nitq bacarıqlarının qiymətləndirilməsi müsahibələrində iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO