ABŞ Ukraynadan sülh planını qəbul etməyi tələb edib.
Bizim.Media xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Məlumata görə, ABŞ Cenevrədə aparılan danışıqlar zamanı Ukraynaya Vaşinqtonun müharibənin dayandırılmasına dair təkliflərini qəbul etməsi üçün təzyiq göstərib.
Məsələyə bələd yüksək vəzifəli məmurun sözlərinə görə, görüş zamanı ABŞ-ın təzyiqi “zəifləsə” də, “ümumi təzyiq” qalmaqda davam edib. Mənbə bu məlumatı anonimlik şərti ilə verib.
Bizim.Media






























































































