Ötən ay sərhəddə saxlanılan şəxslərin sayı açıqlandı

Ötən ay sərhəddə saxlanılan şəxslərin sayı açıqlandı

Hazırda oxunan: Ötən ay sərhəddə saxlanılan şəxslərin sayı açıqlandı

0:00
0:00
58170

Yanvar ayı әrzindә qanunsuz miqrasiya ilə mübarizə fəaliyyətləri çərçivəsində 29 halda 32 nәfәr saxta sәnәdlәrlә dövlәt sәrhәdini keçmәyә cәhd edәrkәn saxlanılıb. 

Bu barədə Bizim.Media-ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. 

Onların 25 nəfəri AR vətəndaşı, 7 nəfəri Türkiyə Respublikasının vətəndaşları olmuşlar. Araşdırma zamanı saxtalaşdırılmış sənədlərin əsasən Avropa İttifaqı üzv ölkələrinin şəxsiyyət vəsiqələri, daimi yaşayış kartları olması müəyyən edilmişdir. 

Hesabat dövrü әrzindә hüquq-mühafizə qurumlarının axtarışında olan 218 nəfər dövlət sərhədindən buraxılış məntəqələrində saxlanılaraq aidiyyəti orqanlara təhvil verilmişlər.

Bununla yanaşı, ölkədən çıxışı qadağan olan 265 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 11 nəfərin Azərbaycan Respublikasına daxil olmasının qarşısı alınmışdır. 
Dövlət sərhədindən buraxılış mәntәqәlәrindә rejim qaydalarının kobud şәkildә pozulması ilə əlaqədar 3 halda 3 nәfәr saxlanılaraq müvafiq qurumlara təhvil verilmişlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO