AZAL Bakı-Aktau reysini açır - Həftədə 3 uçuş olacaq

AZAL Bakı-Aktau reysini açır - Həftədə 3 uçuş olacaq

Hazırda oxunan: AZAL Bakı-Aktau reysini açır - Həftədə 3 uçuş olacaq

58152

Azərbaycan Hava Yolları (AZAL) şirkəti uçuşların coğrafiyasını genişləndirdiyini elan edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı şirkətin mətbuat xidməti yayıb.

Mənbə qeyd edir ki, fevralın 18-dən aviadaşıyıcı Bakı-Aktau-Bakı marşrutu üzrə birbaşa reyslər açır. 

Bakı və Aktau arasında reyslər həftədə üç dəfə - çərşənbə axşamı, cümə və bazar günləri yerinə yetiriləcək.

Məlumata görə, tam cədvəllə aviaşirkətin rəsmi www.azal.az saytında tanış olmaq olar. Uçuşlar üçün aviabiletləri daşıyıcının saytında, eləcə də akkreditə olunmuş aviaşirkət agentliklərində əldə edə bilərsiniz.
Uçuşlara yalnız COVİD-19 pandemiyası ilə əlaqədar tətbiq edilən mövcud məhdudiyyətlər çərçivəsində uçuşa icazə verilən kateqoriyadan olan sərnişinlər qəbul ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO