İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

Hazırda oxunan: İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

580045

Noyabrın 11-də Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Bizim.Media xəbər verir ki, dövlət başçısı Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar Türkiyə Respublikasının Prezidentinə, həlak olmuş hərbçilərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib.

Türkiyə Prezidenti telefon zənginə və ifadə edilmiş başsağlığına görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib.

Telefon danışığı zamanı Azərbaycanın və Türkiyənin aidiyyəti dövlət qurumlarının qəza ilə əlaqədar təmasda olduqları qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO