ABŞ-ın şərq sahillərini güclü qar və külək cənginə alıb.
Bizim.Media TASS-a istindən xəbər verir ki, 3500-dən çox aviareys ləğv olunub və 80 mindən çox insan işıqsız qalıb.
Cənubi və Şimali Karolina ştatlarında daha çox müşahidə edilən əlverişsiz hava şəraiti 50 milyon amerikalıya təsir edib.
Yerli hakimiyyət hər kəsi evdə qalmağa və müvəqqəti olaraq səyahətləri dayandırmağa çağırıb.
Bizim.Media