Hacıqabulda narkotik satan şəxslər saxlanıldı - FOTO

Hacıqabulda narkotik satan şəxslər saxlanıldı - FOTO

Hazırda oxunan: Hacıqabulda narkotik satan şəxslər saxlanıldı - FOTO

57741

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər saxlanılıb.

Bizim.Media Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki,  Göyçay rayon sakini Tural Mustafayev saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı 85 qram narkotik vasitə olan marixuana aşkar edilib.

Əməliyyat tədbirlərinin davamı olaraq T.Mustafayevin Göyçay rayonu ərazisində yerləşən evinə keçirilən baxış zamanı isə oradan təmiz çəkisi 410 qram marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri zamanı analoji əməllə məşğul olan Şaiq Novruzov və Niyaməddin Səfərov saxlanılıblar.

Həmin şəxslərdən narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO