Bakıda bəzi küçələr piyadaların istifadəsinə veriləcək - YENİ LAYİHƏ

Bakıda bəzi küçələr piyadaların istifadəsinə veriləcək - YENİ LAYİHƏ

Hazırda oxunan: Bakıda bəzi küçələr piyadaların istifadəsinə veriləcək - YENİ LAYİHƏ

57733

Bakıda yeni piyada zonalarının yaradılması layihəsinin təqdimatı olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyində keçirilən iclasda müzakirə aparılıb.  

Layihəyə əsasən şəhərin mərkəzi əhatə edən mövcud piyada zonasının genişləndirilməsi nəzərdə tutulub. 

Bu məqsədlə fəvvarələr meydanı ətrafındakı bəzi küçələrin tamamilə piyadaların istifadəsinə verilməsi təklif edilir. 

"Piyada zonaların təşkili bir sıra cəhətdən xüsusən də şəhərin sosial-iqtisadi mühitinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. İnsanyönümlü müasir şəhərlərdə bu təcrübədən geniş istifadə olunmaqdadır", - məlumatda qeyd edilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO