ABŞ Ukraynada hərbi əməliyyatlarda iştirak etməyəcək - Pentaqon açıqladı 

ABŞ Ukraynada hərbi əməliyyatlarda iştirak etməyəcək - Pentaqon açıqladı 

Hazırda oxunan: ABŞ Ukraynada hərbi əməliyyatlarda iştirak etməyəcək - Pentaqon açıqladı 

57672

ABŞ rəhbərliyi Ukrayna ətrafında vəziyyətin gərginləşəcəyi təqdirdə hərbi əməliyyatlar aparmaq məqsədilə bu ölkəyə qoşun göndərmək niyyətində olmadığını açıqlayıb.  

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin mətbuat konfransında bildirib. 

Ostin belə ssenarinin mümkünlüyü barədə sualı belə cavablandırıb: 

"Prezident (Co Bayden) döyüş əməliyyatları aparmaq məqsədilə Ukraynaya qoşun göndərmək planının olmadığını açıq şəkildə bildirib”. 
Qeyd edək ki, ABŞ Ukraynaya 81 ton müxtəlif çaplı döyüş sursatları göndərib. Təxminən 200 milyon dollar dəyərində 45 reyslə hərbi yardım çatdırılması planlaşdırılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO