“Bozbaş Pictures\

“Bozbaş Pictures\"in Şirini bacısından niyə imtina edib? – Nuridə Qasımovadan ÖZƏL VİDEOMÜSAHİBƏ

Hazırda oxunan: “Bozbaş Pictures\"in Şirini bacısından niyə imtina edib? – Nuridə Qasımovadan ÖZƏL VİDEOMÜSAHİBƏ

57211

Sizə məşhur aktyorun hec kəs tərəfindən tanınmayan bacısının həyat hekayəsini təqdim edirik.

Nuridə Qasımovanın dediyinə görə onun anası Nurcahan xanım 1993-cü ildə Rauf Məhərrəmovla ailə həyatı qurub .

Bu nikahdan onların bir qız övladı dünyaya gəlib. Qız övladının adını Nuridə qoyublar. Nuridənin 4 yaşı olanda atası ilə anası ayrılıb. Ayrılıqdan sonra Nuridə anası ilə Rusiyanın Sankt-Peterburq şəhərinə köçüb orada yaşayıblar. On iki ildən sonra Bakıya qayıdanda artıq vəziyyətin başqa cür oldugunu söyləyən Nuridə xanım, ata nənəsinin məsləhəti ilə atası Rauf bəyin digər xanımından olan oglu və qızı ilə tanış olduqlarını söyləyir.

Həmin günləri danışarkən Nuridə xanım qardaşına olan həsrətini gizlədə bilmir, xatirələrini yad etdikcə kövrəlir.

Bildirib ki, indi Nicat ondan küsüb, yaxına qoymur:

“Çox peşmanam, üzr istəmişəm, bağışlamağını xahiş etmişəm. Amma Nicat barışmır mənimlə”.

Nuridə Qasımova yalnızlıqdan yorulduğunu, 7 yaşlı oglunun isə dayıya ehtiyacı olduğunu, dayısını televizordan izləyərək nə zaman onunla görüşəcəyini soruşdugunu söyləyir. 

Bizim.Media-ya danışan Nuridə xanım bir çox mətləblərə aydınlıq da gətirib.
 

Bacısının durumu, arzusu ilə bağlı Nicat Rəhimova fikrilərimizi çatdırmaq üçün onunla əlaqə saxlamağa çalışdıq. Amma aktyorla heç cür əlaqə yarada bilmədik. Məsələ ilə bağlı Bizim.Media olaraq Nicat Rəhimovun da fikirlərini öyrənməyə hazırıq.


Hələliksə, Nuridə Qasımovanın redaksiyamızda söylədiklərini sizə təqdim edirik: 

Şahnaz, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO