“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi - FOTO

“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi - FOTO

Hazırda oxunan: “Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi - FOTO

56740

Rusiyanın əməkdar artisti, Vladimir Mayakovski adına Moskva Akademik Teatrın aktyoru Rəsmi Cəbrayılov 90 yaşında vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə teatrın "Facebook" səhifəsində məlumat verilib.

Qeyd edək ki, Rəsmi Cəbrayılov 1932-ci il dekabrın 8-də Rusiyanın Dağıstan respublikasının Qasımkənd rayonunda anadan olub.

Rəsmi Cəbrayılov 1964-cü ildən Taqanka Teatrında çalışır. 2002-ci ildə Vladimir Mayakovski adına Moskva Akademik Teatrının truppasına daxil olub.

Rəsmi Cəbrayılov 2019-cu ildə milli mədəniyyətin və incəsənətin inkişafındakı böyük xidmətlərinə və uzun illər səmərəli fəaliyyətinə görə II dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

O, Azərbaycan kinosunda "1001-ci qastrol" (Qaranəfəs), "De ki, məni sevirsən!" (Rəsmi), "İşgüzar səfər" (Bayramov), "Nizami" (Zərgər), "Bəyin oğurlanması" (Əhməd dayı), "Alman klinikasına şəxsi səfər" və "Ölsəm, bağışla" (Həkim) filmlərində maraqlı obrazlar yaradıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO