“1990-cı ilin yanvarın 20-də Azərbaycan xalqına qarşı cinayət törədilib. Bu, bəşəriyyət, insanlıq eleyhinə olan cinayət kimi tərəfimizdən qiymətləndirilib, hüquqi qiymət verilib”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
“Bildiyiniz kimi, həmin dövrdə Azərbaycan Respublikası Ali Sovetinin razılığı olmadan birbaşa olaraq, Sovet dövrünün o vaxtkı rəhbərliyi tərəfindən, konkret olaraq Mixail Qorboçov tərəfindən belə bir qərar qəbul edilmişdi. Təbii ki, bu insanlıq əleyhinə olan bir cinayətin tördilməsi qərarı və əmri idi.
MÖVZU İLƏ BAĞLI:
"Tərtər işi"ndən heç kim siyasi məqsəd güdə bilməz" - Kamran Əliyev
Bundan sonrakı hadisələr də göz qabağındadı. Bildiyiniz kimi həmin faktla bağlı cinayət işi başlanılıb, prokurorluqda istintaq aparılır. Burada bir neçə cinayət bir icraatda birləşdirilib. Təssüflər olsun ki, həmin dövrdə Azərbaycanın hakimiyyəti tərəfindən buna hüquqi qiymət verilməmişdi.
Buna yalnız ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə hüquqi qiymət verilib. Hadisəni törətmiş şəxslərin demək olar hamısı dindirilib. 20 Yanvar hadisələri zamanı 147 nəfər həlak olub. 744 nəfər müxtəlif bədən xəsarətləri alıb.
841 nəfər vətəndaşımız həmin dövrlərdə qanunsuz həbslərə və saxlamalara məruz qalıb. Eyni zamanda, bir neçə milyodan artıq maddi ziyan vurulub. Bu aktın törədiləsində əsas məqsəd xalqın əzmini qırmaq idi. Buna nail ola bilmədilər. Əksinə milli azadlıq hisləri daha da gücləndirdi”, - deyə o vurğulayıb.
Bizim.Media