Gömrük Komitəsi xətti ilə büdcə daxilolmalarında ARTIM

Gömrük Komitəsi xətti ilə büdcə daxilolmalarında ARTIM

Hazırda oxunan: Gömrük Komitəsi xətti ilə büdcə daxilolmalarında ARTIM

56077

2021-ci il ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 4 342 967,8 min manat daxil olub ki, bu da əvvəlki illə müqayisədə 10,3% çoxdur.

Bizim.Media-nın DGK-nə istinadən verdiyi məlumata görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi əvvəlki illlə müqayisədə 18,6% artaraq 1 205 507,6 min manat təşkil edib.

ƏDV üzrə daxilolmalar isə 6,9% artaraq 2 930 721,9 min manata bərabər olub. Aksizlər üzrə ötən il daxilolmalar 13,6% artıb və 163 115,6 min manat təşkil edib.

Yol vergisi üzrə daxilolmaların həcmi 43 622,7 min manat təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 19% çoxdur. Ötən ilin dekabr ayında Komitəsinin xətti ilə dövlət büdcəsinə 405 490,2 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2020-ci ilin eyni ayı ilə müqayisədə 14,9%, 2021-ci ilin noyabr ayı ilə müqayisədə isə 7,5% çoxdur.

2021-ci ilin dekabr ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi 2020-ci ilin analoji dövrü ilə müqayisədə 16,8% artaraq 121 047,9 min manat olub. 2021-ci ilin noyabr ayı ilə müqayisədə isə bu göstərici 10% artıb.
Həmçinin, 2021-ci ilin dekabr ayı ərzində ƏDV üzrə daxilolmalar 2020-ci ilin eyni ayı ilə müqayisədə 14,6% artaraq 264 112,3 min manat (2021-ci ilin noyabr ayı ilə müqayisədə 6,2% çox), aksizlər üzrə 8,3% artaraq 16 664,5 min manat (noyabr ilə müqayisədə 17,7% çox), yol vergisi üzrə daxilolmalar isə 10,5% artaraq 3 665,5 min manat (noyabr ilə müqayisədə 13,4% az) təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO