“Qazaxıstanda olan hadisələrdə turançılıqla bağlı məsələ yoxdur” - Fərid Şəfiyev

“Qazaxıstanda olan hadisələrdə turançılıqla bağlı məsələ yoxdur” - Fərid Şəfiyev

Hazırda oxunan: “Qazaxıstanda olan hadisələrdə turançılıqla bağlı məsələ yoxdur” - Fərid Şəfiyev

55356

"Qazaxıstandakı hadisələrdə Turan ideyası ilə bağlı məsələ qətiyyən yoxdur".

Bizim.Media xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev rəhbərlik etdiyi qurumda Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 12-də yerli mediaya verdiyi müsahibəsi zamanı səsləndirilmiş əsas fikirlərə dair açıq müzakirələrdə deyib.

“Bəzi insanlar Qazaxıstandakı proseslərə həqiqətəuyğun olmayan şərhlər verirlər. Hətta Azərbaycana ziyan olan məlumatları da tirajlayırlar.

Deyirlər ki, Qazaxıstanda olan hadisələr Turan ideyasının dağıdılmasıdır. Biz hadisələrə baxsaq görərik ki, proses gündəlik məsələlərdən başlayıb. Orada turançılıqla bağlı məsələ heç yoxdur. Orta Asiyada daha çox Çin və Rusiya maraqları toqquşur, nəinki Türkiyə-Rusiya”, - deyə o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO