Formula 1 Azərbaycan Qran Prisi bu tarixdə KEÇİRİLƏCƏK – Könüllü seçimi başladı

Formula 1 Azərbaycan Qran Prisi bu tarixdə KEÇİRİLƏCƏK – Könüllü seçimi başladı

Hazırda oxunan: Formula 1 Azərbaycan Qran Prisi bu tarixdə KEÇİRİLƏCƏK – Könüllü seçimi başladı

55213

Formula 1 Azərbaycan Qran Prisi 2022-nin keçiriləcəyi tarix məlum olub.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Bizim.Media-ya verilən məlumata görə, Bakıda baş tutacaq altıncı Formula 1 yarışı 10-12 iyun 2022-ci il tarixlərinə təsadüf edəcək.

Bununla bağlı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) yeni Formula 1 mövsümü üçün könüllülərin qeydiyyatına start verib.

10-12 iyun 2022-ci il tarixlərində Bakıda baş tutacaq altıncı Formula 1 yarışı üçün könüllülərin qeydiyyatına rəsmi olaraq start verilib.

Könüllülər proqramına müraciət üçün azı 16 yaşında olmaq, ingilis dilini əla dərəcədə bilmək (əlavə xarici dil bilənlərə üstünlük veriləcək), böyük həvəs və əzmkarlığa sahib olmaq tələb olunur.

Müraciət etmək istəyənlər volunteers.bakucitycircuit.com linkinə daxil olaraq könüllü kimi qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, proqrama tələb hər ötən il artdığından və yerlər məhdud olduğundan seçim zamanı ən yaxşı namizədlərə üstünlük veriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO