Baş Prokurorluqdan Kəlbəcərdəki erməni təxribatı ilə bağlı AÇIQLAMA - VİDEO

Baş Prokurorluqdan Kəlbəcərdəki erməni təxribatı ilə bağlı AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Baş Prokurorluqdan Kəlbəcərdəki erməni təxribatı ilə bağlı AÇIQLAMA - VİDEO

54941

Kəlbəcərdəki erməni təxribatı ilə bağlı cinayət işi açılıb

Bizim.Media xəbər verir ki, bu barədə  Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu 1998-ci il təvəllüdlü əsgər Ayaz Nəzərovun Kəlbəcər rayonu ərazisində xidməti vəzifələrinin icrası zamanı düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olması faktı ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam edir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO