Qubada damı uçan məktəb bərpa ediləcək - FOTO

Qubada damı uçan məktəb bərpa ediləcək - FOTO

Hazırda oxunan: Qubada damı uçan məktəb bərpa ediləcək - FOTO

54234

İlsonu Qubanın güclü külək nəticəsində damının bir hissəsi uçmuş Güləzi kənd ümumi orta məktəbi tezliklə bərpa ediləcək.

Quba rayon təhsil şöbəsinin müdiri Rüfət Hacıyev Bizim.Media-ya bu barədə məlumatı verib.

Onun sözlərinə görə, məktəbdə dərslər indi birinci mərtəbədə keçirilir:

“Güclü küləyin törətdiyi fəsad barədə Təhsil Nazirliyi dərhal məlumatlandırılıb. Nazirliyin nümayəndəsi kənddə olub və tezliklə damın bərpasına başlanılacağını deyib”.

Qeyd edək ki, 220 yerlik məktəbdə indi 55 nəfər şagird təhsil alır. Güləzi kəndi rayon mərkəzindən 35 km aralıda-dağlıq ərazidə yerləşir.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO