Mahir Emrelinin

Mahir Emrelinin "Legiya"dan ayrılmaq məsələsi ilə bağlı YENİ FAKTLAR – Ailə detalı...

Hazırda oxunan: Mahir Emrelinin "Legiya"dan ayrılmaq məsələsi ilə bağlı YENİ FAKTLAR – Ailə detalı...

53915

Polşa mətbuatı “Legiya”dan ayrılacağı iddia edilən millimizin üzvü Mahir Emreli ilə bağlı növbəti xəbərləri yayıb.

Bizim.Media xəbər verir ki, weszlo.com saytı 25 yaşlı hücumçunun “Legiya”ya məktub göndərərək klubun Dubay toplanışında iştirak etməyəcəyini bildirdiyini yazıb. 

Xəbərdə Mahirin Varşava təmsilçisi ilə müqaviləsinin birtərəfli ləğv olunmasını istədiyi qeyd olunub. 

Bu ərəfədə Polşa mətbuatında ortaya çıxan fikirlərdən biri də odur ki, menecerlər də daha çox pul qazanmaq üçün oyunçunun klubunu dəyişməsində maraqlıdır.

Lakin Emrelini “Legiya”ya aparan Seven Yunayted agentliyinin nümayəndəsi Mateus Ozoq weszlo.com-a açıqlamasında bunu inkar edib:

“Bu, doğru deyil. Mahirə tövsiyə etdik ki, “Legiya”da qalsın və yazda klubun özünə gəlməsi üçün mübarizə aparsın. İnanıram ki, bu, hər iki tərəf üçün ədalətli, ən yaxşı həll yolu olardı. Bilirəm, Mahir məlum qalmaqaldan sonra özünü pis hiss etdi, amma o, çox adamın dəstəyinə arxalana bilərdi. Bu gün görürük ki, başqa qərarlar da verilib, “Legiya” ilə danışıqlar üçün kənar şəxslər cəlb olunub. Mən bu prosesdə iştirak etmirəm”.

Xəbərdə o da qeyd olunub ki, Mahirin “Legiya”dan ayrılmasını ən çox onun ailəsi istəyir və Varşava təmsilçisindən hücumçu üçün təklif göndərən klublarla danışığa getməsini tələb edir.

Lakin “Legiya”nın Mahiri aşağı məbləğə satmaq fikrində olmadığı bildirilib.

Portalın yazdığına görə, Mahir üçün ciddi maraq göstərən Bundesliqa klubu da olub. Hətta adı açıqlanmayan klub "Legiya"nı qane edəcək məbləği ödməyə hazır olub. Lakin danışıqlar uğursuz alınıb.
Xatırladaq ki, M.Emreli  yayda "Legiya" ilə 3+1 illik müqavilə imzalayıb. "Legiya" fanatlarının Ekstraklasanın 18-ci turunda "Visla"ya 0:1 hesablı məğlubiyyətdən sonra komandanın bəzi legioner futbolçularına hücumu nəticəsində başından xəsarət alan millimizin üzvünün baş verənlərə görə Polşa təmsilçisindən ayrılmaq istədiyi yazılır. Onun adı Macarıstanın "MOL Fehervar" və Yunanıstanın "Aris" klubu ilə hallanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO