Pulu saxlamaq üçün qohumuna verib, polisə oğurlandığını dedi

Pulu saxlamaq üçün qohumuna verib, polisə oğurlandığını dedi

Hazırda oxunan: Pulu saxlamaq üçün qohumuna verib, polisə oğurlandığını dedi

53903

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən polisə yalan məlumat verən şəxs müəyyən edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya məlumat verilib.

Lənkəran rayon sakini Ənvər Lələyev polisə müraciət edərək evindən 7000 manat pulun oğurlandığını bildirib.

Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin polisə oğurluq barədə yalan məlumat verdiyi müəyyən edilib. Belə ki, Ə.Lələyevin həmin pulu saxlaması üçün qohumuna verdiyi məlum olub.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO