Xudayar Yusifzadənin şəhid olduğu yerdən SON FOTOLAR - VİDEO

Xudayar Yusifzadənin şəhid olduğu yerdən SON FOTOLAR - VİDEO

Hazırda oxunan: Xudayar Yusifzadənin şəhid olduğu yerdən SON FOTOLAR - VİDEO

53778

Yeni il günlərində Şəhid Xudayar Yusifzadənin şəhid olduğu Pirçivan kəndi ərazisindən son şəkilləri əldə etmişik.

Bizim.Media xəbər verir ki, həmin ərazidə Xudayar Yusifzadənin şərəfinə onun böyük ölçüdə şəkilləri və oxuduğu “Vətən yaxşıdır” mahnısının sözləri yazılmış banerlər quraşdırılıb.

Bayram öncəsindən şəhidimizin şəhadət yeri al güllərə bürünüb. Xatirəsini ziyarət edən əsgərindən zabitinə, sürücüsündən aliminə qədər hər kəs Xudayarın şəhadət yerində ruhu qarşısında baş əyib, sayqı duruşu nümayiş etdirib.

Xudayar Yusifzadənin şəhadət yerindən əldə etdiyimiz şəkilləri diqqətinizə çatdırırıq, bütün şəhidlərimiz kimi onun da xatirəsi qarşısında baş əyirik.

Xatırladaq ki, Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib, daha sonra isə Murovdağın, Füzulinin, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub.

Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Bizim.Media

 






 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO